Botanika İnstitutu və Rusiyanın Altay Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Botanika İnstitutu və Rusiyanın Altay Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb Rusiyanın Altay Dövlət Universitetinin Cənubi Sibir Nəbatat Bağının böyük elmi işçisi, dosent Aleksey Voqanov AMEA Botanika İnstitutunda olub.
Görüşdə institutun baş direktoru professor Səyyarə İbadullayeva qonağa elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələr və aparılan işlər haqqında ətraflı məlumat verib.
A.Voqanov təmsil etdiyi təşkilatın fəaliyyəti və apardığı elmi tədqiqat işləri barədə danışıb.
Görüşdə Botanika İnstitutu və Rusiyanın Altay Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində biomüxtəlifliyin öyrənilməsi üzrə müştərək layihələrin təşkili, kadr və təcrübə mübadiləsi və birgə tədqiqatların aparılması nəzərdə tutulub.
Sonra Aleksey Voqanov institutun Herbari Fondu, Botanika Muzeyi, şöbə və laboratoriyaları ilə tanış olub. Ekosistemlərin fitososiologiyası şöbəsinin müdiri Naibə Mehdiyeva, Mikologiya şöbəsinin müdiri Dilzarə Ağayeva, Herbari şöbəsinin müdiri Pərvanə Qaraxani, Ali bitkilərin sistematikasi və coğrafiyası şöbəsinin müdiri Rəşad Səlimov və Toxum bankı sektorunun müdiri Aidə İbrahimova ilə görüşü zamanı gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Tehsil-press.az

Oxşar xəbərlər