Biofizika İnstitutu ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Biofizika İnstitutu ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb Yanvarın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu və Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanmadan əvvəl bu elm müəssisəsində direktor, AMEA-nın müxbir üzvü Oktay Qasımov və Xəzər Universitetinin elmi işlər üzrə prorektoru, dosent İradə Xəlilova arasında görüş olub. Tərəflər birgə elmi təcrübə mübadiləsinin aparılması və digər müştərək layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə, həmçinin Biofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Kərim Qasımov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Vaqif Abbasov, bioloji elmlər departamentindən genetika mütəxəssisi, dosent, biologiya üzrə fəlsəfə doktoru Cavid Ocaqi iştirak ediblər.
İnstitutun direktoru, professor Oktay Qasımov imzalanan sənədin əhəmiyyətindən söz açıb, bu əməkdaşlığın tərəflər arasında əlaqələrin genişləndirilməsinə təkan verəcəyini bildirib. O, əməkdaşlıq çərçivəsində mühüm nəticələrin əldə olunacağına dair inamını ifadə edib.
Daha sonra Xəzər Universitetinin elmi işlər üzrə prorektoru, dosent İradə Xəlilova Biofizika İnstitutu ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd edib ki, memorandum iki qurum arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, təhsil və elmin inkişafına da təkan verəcək.
Tərəflər arasındakı razılaşmaların icrası üzrə ekspertlərdən ibarət işçi qrupun yaradılması planlaşdırılıb.

Mətbuat Xidməti


Oxşar xəbərlər