Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrda keçiriləcək imtahanların vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrda keçiriləcək imtahanların vaxtı açıqlanıb Dekabr ayı ərzində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 16 imtahan keçiriləcək.
Bu barədə DİM-in yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, bu gün hakimliyə namizədlərlə yazılı imtahan keçirilir. GRE imtahanı dekabrın 3-də, SAT imtahanı dekabrın 4-də, “Cambridge” imtahanları isə dekabrın 9-da 16-da təşkil olunacaq. “TOEFL” imtahanlarının dekabrın 11-də və 18-də keçirilməsi nəzərdə tutulur.
Dekabrın 19-da isə dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı, peşəkar mühasib sertifikatı almaq üçün imtahanın 1-ci mərhələsi (mühasibat uçotu üzrə), sınaq imtahanı (I, II, III və IV qrup), doktoranturada təhsil almış və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə imtahanı olacaq.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı dekabrın 20-də, xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (danışıq bloku) dekabrın 25-dən etibarən keçiriləcək.
Peşəkar mühasib sertifikatı almaq üçün imtahanın 2-ci mərhələsi (Qanunvericilik üzrə), magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı, sınaq imtahanı (Azərbaycan dili dövlət dili kimi), sınaq imtahanı (III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan) dekabrın 26-da təşkil olunacaq.

Tehsil-press.az



Oxşar xəbərlər