DİM: III ixtisas qrupu üzrə sınaq imtahanında hər iki altqrupu seçənlər coğrafiyadan əlavə imtahan verəcək

DİM: III ixtisas qrupu üzrə sınaq imtahanında hər iki altqrupu seçənlər coğrafiyadan əlavə imtahan verəcək III ixtisas qrupu üzrə sınaq imtahanında iki altqrup - DT və TC üzrə iştirak etmək istəyənlər dekabrın 19-da Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra dekabrın 26-da əlavə olaraq coğrafiya fənnindən imtahan verəcəklər.
Coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəranda təşkil olunacaq. Coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saatdır.
Qeyd edək ki, DİM dekabrın 19-da qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Sınaq imtahanına qeydiyyat dekabrın 9-u saat 23:59-dək aparılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər