BMT-nin baş katibi yeni səyahət məhdudiyyətlərini ədalətsiz adlandırıb

BMT-nin baş katibi yeni səyahət məhdudiyyətlərini ədalətsiz adlandırıb Koronavirusun yeni "omikron" adlı ştammının yayılması ilə əlaqədar tətbiq edilən səyahət məhdudiyyətlərini ədalətsizdir.
Bunu Nyu-Yorkda keçirilən mətbuat konfransı zamanı BMT-nin baş katibi Antoniu Quterreş deyib.
Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyətinin pisləşməsi səbəbindən növbəti səyahət qadağaları yalnız ədalətsiz deyil, həm də qeyri-effektivdir.
O, öz mövqeyini məhdudiyyətlərin bəzi regionları və bütün ölkələri təcrid etməsi ilə əsaslandırıb.
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər