Şəhidin qardaşı qol vurdu, hərbi salam verdi - Video
“Zirə”nin əvəzedici komandasında çıxış edən Vətən müharibəsi şəhidi İlqar Bürcəliyevin qardaşı Tamerlan Bürcəliyev “Neftçi”nin əvəzedicilərinə vurduğu qolu hərbi salamla qeyd edib. O, birinci divizionun 11-ci turunda keçirilən matçda komandasını hesabda önə keçirən qolu vurub. Bürcəliyev fərqləndikdən sonra hərbi salam verərək qolunu qardaşına həsr etdiyinə işarə vurub. Həmin videonu təqdim edirik: