BDU: Debat klubunun turniri yekunlaşıb

BDU: Debat klubunun turniri yekunlaşıb Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən Debat klubunun 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Ənənəvi təhsil distant təhsil sistemindən daha effektivdir” mövzusunda 44-cü daxili turniri keçirilib.
Üç gün davam edən turnirdə Azərbaycan bölməsi üzrə 20 komanda, rus bölməsi üzrə 8 komanda təlimlərdə öyrəndiklərini tətbiq edərək kubok uğrunda mübarizə aparıb.
Turnirin açılış və bağlanış mərasimlərində BDU THİK sədri Hacıbaba Mustafayev, Debat klubunun sədri Nadir Rzalı və məzun debatçılar çıxış ediblər.
Azərbaycan bölməsi üzrə “Renessans” və “Valeez 19” komandaları, rus bölməsi üzrə “Niyə də yox?” və “Saxlasın” komandaları final mərhələsinə vəsiqə qazanıblar. Azərbaycan bölməsi üzrə “Valeez 19”, rus bölməsi üzrə “Niyə də yox” komandaları 44-cü daxili turnirin çempionu olublar. Hər iki bölmə üzrə ən yaxşı 10 natiq, finalçılar və qaliblər sertifikat və medallarla təltif ediliblər.

Tehsil-press.az


Oxşar xəbərlər