“Dəniz daşımaları və liman logistikası” təlimini uğurla başa vuran tələbələrə sertifikatlar verilib

“Dəniz daşımaları və liman logistikası” təlimini uğurla başa vuran tələbələrə sertifikatlar verilib Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı tərəfindən təşkil olunan “Dəniz daşımaları və liman logistikası” təlimini uğurla başa vuran tələbələrə sertifikatlar verilib.
Tədbiri açan Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə 5 günlük təlimin tələbələr üçün çox faydalı və uğurlu keçdiyini deyib. O, ikitərəfli əlaqələrin davamlı olacağına əminliyini bildirib.
Tədris işləri üzrə prorektor Akif Qasımov bu cür təlimlərin tələbələrin universitetdə qazandıqları nəzəri biliklərinin praktikada möhkəmləndirilməsi baxımından önəmli olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının Təlim mərkəzinin direktoru Orxan Adıgözəlov və aparıcı mütəxəssis Nicat Şabanlı belə layihələrin davamlı olacağını diqqətə çatdırıblar.
Sonda təlimin attestasiyasından müvəffəqiyyətlə keçənlərə sertifikatlar təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər