Ulu Öndər mədəniyyət və incəsənət nümayəndələrinin əməyini hər zaman yüksək qiymətləndirib

Ulu Öndər mədəniyyət və incəsənət nümayəndələrinin əməyini hər zaman yüksək qiymətləndirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADRA-nın rektoru akademik Ömər Eldarov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında çoxşaxəli fəaliyyətindən, mədəniyyətimizin, elmimizin və təhsilimizin inkişafında gördüyü işlərdən danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Akademik qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə milli mədəniyyətimizin tərəqqisinə xüsusi diqqət və qayğı göstərib, incəsənət xadimlərinin əməyini daim yüksək qiymətləndirib.
Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər