Dövlət Neft və Sənaye Universitetinin tələbələri təcrübə-sınaq dərslərini istehsalat müəssisəsində keçiblər

Dövlət Neft və Sənaye Universitetinin tələbələri təcrübə-sınaq dərslərini istehsalat müəssisəsində keçiblər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz-neft mədən fakültəsinin Neftin-qazın nəqli və saxlanması kafedrasının Neft-qaz qurğuları mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasları üzrə bakalavr səviyyəsində təhsil alan II və III kurs tələbələri dərslərini birbaşa istehsalat müəssisəsində keçiblər.
Tələbələrin nəzəri biliklərini möhkəmləndirmək, təcrübə-sınaq işləri ilə yaxından tanış olmaq məqsədilə dərslər SOCAR-ın “Abşeronneft” NQÇİ, “Bibiheybətneft” NQÇİ, “H.Z.Tağıyev adına” NQÇİ və “Qaradağ” yeraltı qaz anbarında aparılıb.
Tələbələr təcrübə-sınaq işləri zamanı gedən proseslərlə yerindəcə tanış olub və onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər