BDU-da tədbir: Milli birliyimiz həmrəyliyimizdir

BDU-da tədbir: Milli birliyimiz həmrəyliyimizdir Bakı Dövlət Universitetində (BDU) Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan “Milli birliyimiz həmrəyliyimizdir” adlı tədbir keçirilib.
Tədbirdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə və Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli BDU “SABAH” qruplarının tələbləri ilə görüşüb.
BDU “SABAH” Mərkəzi və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışaraq, bu əlamətdar günün tarixə düşməsinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar.
Diqqətə çatdırılıb ki, dahi rəhbər Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
“Rus Velikaya” fondunun vitse-prezidenti, diaspor üzvü Səadət Qarayeva, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası yanında Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman, Avstraliya Azərbaycanlıları Assosiasiyasının sədri Mikayıl Oyta, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə və Alman-Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi Altay Rüstəmli xaricdən videobağlantıya qoşularaq qarşıdan gələn bayramlar münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər