Dünya Azərbaycanlılarının Həmrəylik Günü Qafqaz Universitetində də qeyd olunub

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Qafqaz Universitetində də qeyd olunub Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr edilmiş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tehsil-press.az xəbər verir ki, tədbirdə Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin misilsiz tarixi rolundan danışıb.
Heydər Əliyev siyasətinin əhəmiyyətini diqqətə çatdıran rektor Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən ilk dəfə Ulu Öndərin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunmuş qərarla elan edilib.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və xarici ölkələrdə geniş qeyd olunduğunu vurğulayan professor H.Məmmədov gəncləri vətənpərvərliyə, təhsildə yüksək nəticələr əldə etməyə çağırıb.
Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı dahi rəhbər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən bəhs edib, 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi diaspor quruculuğu sahəsində də mühüm tədbirlərin reallaşdırıldığını bildirib.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının əhəmiyyəti barədə fikirlərini bölüşən professor M.Qasımlı əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib, uğurlar arzulayıb.
Sonda tələbələr maraqlı konsert proqramı ilə çıxış ediblər.


Dünya Azərbaycanlılarının Həmrəylik Günü Qafqaz Universitetində də qeyd olunubDünya Azərbaycanlılarının Həmrəylik Günü Qafqaz Universitetində də qeyd olunubDünya Azərbaycanlılarının Həmrəylik Günü Qafqaz Universitetində də qeyd olunubDünya Azərbaycanlılarının Həmrəylik Günü Qafqaz Universitetində də qeyd olunubDünya Azərbaycanlılarının Həmrəylik Günü Qafqaz Universitetində də qeyd olunubDünya Azərbaycanlılarının Həmrəylik Günü Qafqaz Universitetində də qeyd olunub

Oxşar xəbərlər