Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib Kənd Təsərrüfatı nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov açıb və dünya azərbaycanlılarının həmrəyliyindən, əlamətdar günün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan parlamenti tərəfindən 1991-ci il dekabrın 16-da 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsindən geniş məlumat verib. Həmçinin dövlətimizin xaricdə yaşayan azərbaycanlıların sosial-iqtisadi maraqlarının müdafiəsindən, beynəlxalq konvensiyalarda təsbit olunan hüquqlarının qorunmasından söz açıb. Dünya azərbaycanlılarının həmrəyliyində diaspor təşkilatlarının rolu, onların vahid azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmələri, bu işdə Ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin fəaliyyəti haqqında da ətraflı söhbət açıb.
Müəllim və tələbələrin çıxışında xüsusi vurğulanıb ki, Həmrəylik günü Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır, diaspor təşkilatlarının yaradılmasında dahi şəxsiyyətin xidmətləri əvəzsizdir. Dünya azərbaycanlılarının lideri kimi azərbaycançılıq ideologiyasını məhz bu insan yaradıb. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi və güclü diasporamızın yaradılması siyasətini ölkə başçısı İlham Əliyev bu gün uğurla davam etdirir.

Kəmalə Rəhimli


Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilibAzərbaycan Dövlət Aqrar Universitetinin fakültələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilibAzərbaycan Dövlət Aqrar Universitetinin fakültələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Oxşar xəbərlər