"Omikron" ştammı tezliklə bir çox Avropa ölkələrində üstünlük təşkil edəcək - ÜST

Yaxın həftələrdə bir çox Avropa ölkəsində koronavirusunun "omikron" ştammı üstünlük təşkil edəcək.
Bu barədə "Associated Press" agentliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüqenin sözlərinə istinadən bildirib.
H.Klüqe mətbuat konfranası zamanı qeyd edib: "Növəbti bir fırtınanın gəldiyini görə bilərik. Bir neçə həftə ərzində "omikron" onsuz da yüklənən səhiyyə sistemlərini uçurumun astanasına yaxınlaşdıraraq, Avropa regionunda bir çox ölkələrdə üstünlük təşkil edəcək".
H.Klüqe əlavə edib ki, "omikron" Avropa regionuna daxil olan 53 ölkədən ən azı 38-də müəyyən edilib. Bu ştamm artıq Böyük Britaniya, Danimarka və Portuqaliyada üstünlük təşkil edir.
Onun sözlərinə görə, son bir həftə ərzində Avropada 2,6 milyon yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu, əvvəlki həftə ilə müqayisədə 40 faiz çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər