Yunan alim “omicron” ştamının azalacağı tarixi açıqladı

Yunan alim “omicron” ştamının azalacağı tarixi açıqladı “Koronavirusun “omicron” ştamı ilə yoluxma dalğası fevralın 20-dək azalacaq”.
Bunu Aristotel Universitetinin professoru Demosfen Sariyannis “Newsbeast” nəşrinə verdiyi açıqlamasında deyib.
Sariyannisin sözlərinə görə, yeni ştama yoluxmalarda artımlar yanvarın 20-22-dək davam edəcək. Bu zaman həftə ərzində orta göstərici 66 min yoluxma halına çatacaq. Bu isə təcrübədə o deməkdir ki, gün ərzində 80 min və hətta 100 min yoluxma faktının aşkar olunacağı günlər ola bilər. Bununla belə, bu tendensiyanın bir ay sonra, yəni fevralın 20-dək enməsi müşahidə ediləcək.
Yunan alimin fikrincə, “omicron” ştamı çox güman ki, COVID-19-un son mutasiyasıdır.

Tehsil-press.az



Oxşar xəbərlər