OPEC+ Texniki Komitəsi: "Bu il neft bazarında bolluq olacaq"

OPEC+ Texniki Komitəsi: 2021-ci ildə neft bazarında kəsir olsa da, 2020-ci ildə bolluq olacaq.
Hesabat qurumun bu gün iclasından sonra yayılıb. Sənəddə deyilir ki, yeni ildə neftə gündəlik tələbatın 4,2 milyon barel artaraq 100,8 milyon barelə çatacağına dair daha əvvəl açıqlanmış proqnoz qüvvədə qalır. Həmçinin bu il neft bazarında gündəlik təklif tələbi 1,4 milyon barel üstələyəcək, neft ehtiyatlarının həcmi 525 milyon barel artacaq. Ən böyük profisit mart, aprel və noyabr aylarında gözlənilir.
Neft bazarındakı yüksək qeyri-müəyyənliyi nəzərə alan komitə üzvləri bazarda tələbatın azalması və yaxud artması ilə bağlı iki variant irəli sürüb. Birinci ssenariyə görə, neftə gündəlik tələbat 3,8 milyon barel artaraq 100,3 milyon barelə, gündəlik profisit isə 1,8 milyon barelə, ikinci ssenariyə görə isə tələbat 4,4 milyon barel artaraq 101,1 milyon barelə, profisit isə 1,2 milyon barelə çatacaq.

Tehsil-press.az


Oxşar xəbərlər