Bu haqda məlumatı “TASS” agentliyi yayıb. Məlumata əsasən, əsas makroproqnozların yaxşılaşmasına baxmayaraq, OPEC proqnozunu dəyişməyib və bununla da, 2021-ci ildə dünya üzrə neftə tələbin artımı gündəlik 6 milyon barrel təşkil edəcək.
Bildirilir ki, ümumilikdə bu il bu artım gündəlik 96,6 milyon barrelə qədər bərpa olunmalıdır.
Həmçinin, OPEC-in proqnozuna görə, dünya üzrə neftə tələb gələn ilin ikinci yarımilində gündəlik 100 milyon barrel göstəricisini keçməlidir.
Bununla yanaşı, OPEC təşkilata üzv olmayan ölkələrdən neft tədarükü ilə bağlı 2021 və 2022-ci illər üzrə proqnozlarını da artırıb.
Tehsil-press.az