Hindistanın paytaxtında yeni qadağalar

Hindistanın paytaxtında yeni qadağalar Hindistanın paytaxtı Yeni Dehlidə koronavirus pandemiyasının daha çox yayılması səbəbi ilə yeni qadağalar tətbiq edilməyə başlanılıb.
Paytaxt sakinlərinə həftəsonları küçəyə çıxmaq qadağası tətbiq ediləcək. Bundan əlavə, xidmət sektorunu çıxmaqla, dövlət işində çalışanlar evdən işləməli olacaq. Özəl sektorda çalışanların 50 faizi isə ofisdən işlərinə davam edə biləcək.
Qeyd edək ki, ötən ilin dekabrın 29-dan etibarən paytaxt Yeni Dehlidə pandemiyanın artması səbəbindən bir sıra qadağalar yenidən qüvvəyə minib.

Tehsil-press.az

Oxşar xəbərlər