Nazarbayevin istefa verdiyi gün Nur-Sultandan qalxan gizli təyyarə Dubaya enib

Nazarbayevin istefa verdiyi gün Nur-Sultandan qalxan gizli təyyarə Dubaya enib “Qazaxıstanın paytaxtından yanvarın 5-də havaya qalxan "Embraer Legacy 650"nin E35L bortu Dubayda Əl-Maktum beynəlxalq hava limanında eniş edib. Uçuş məlumatları gizlədilib. Təyyarə Qazaxıstan Milli Qvardiyasına məxsus ola bilər - idarənin 2020-ci ilin yanvarında “Embraer Legacy 650” aldığı bildirilir”.
Bundan əvvəl sosial şəbəkələrdə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ailəsinin qeydiyyatdan keçməmiş əmlakının Dubayda yerləşməsi ilə bağlı araşdırma dərc edilmişdi.
Məlumata görə, Nazarbayevin nəvəsi Nurəli Əliyevin, Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov və Nazarbayevin kürəkəni Timur Kulibayevin Dubayda iqamətgahları var. N.Əliyevin Fars körfəzi sahilindəki “Jumeirah Beach Residence”da üç iqamətgahı və Dubaydakı elit yaxta marinasında daha bir iqamətgahı var.
Məsimov “Dubai Executive Towers” kompleksində və “Dubai International City” ərazisində mənzillərə malikdir.
Nazarbayevin kürəkəni - milyarder Kulibayevin "Palm Jumeirah" süni adasında mənzilləri var.
Xatırladaq ki, Məsimov yanvarın 5-də axşam saatlarında Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Onun çıxarılması E35L-in uçuşu ilə təxminən eyni vaxta təsadüf edib.
Qeyd edək ki, bundan əvvəl “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov məlumat vermişdi ki, Nazarbayev “müalicə məqsədilə” Qazaxıstanı tərk etməyə hazırlaşır.
Onu da bildirək ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev yanvarın 5-də ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib.

Tehsil-press.az


Oxşar xəbərlər