Nazarbayev Bakıya gəlir

Nazarbayev Bakıya gəlir Prezidentin bu ilin payızında Azərbaycana planlaşdırılan səfərinə hazırlıq işləri görülür.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ilin payızında Azərbaycana səfər edəcəyi planlaşdırılır.
Tehsil-press.az-ın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Astanada Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov ilə görüşüb.
Görüşdə “EXPO-2017” beynəlxalq ixtisaslaşmış sərgisinə hazırlıq, Azərbaycanın bu sərgidə iştirakı müzakirə olunub.
Görüş zamanı həmçinin tərəflər Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ilin payızında Azərbaycana planlaşdırılan səfərinə hazırlıq məsələsinə toxunublar.


Tehsil-press.az

Oxşar xəbərlər