BANM-in tələbələri “Anamın kitabı” tamaşasını izləyiblər

BANM-in tələbələri “Anamın kitabı” tamaşasını izləyiblər Bakı Ali Neft Məktəbinin (BANM) I, II kurs tələbələri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Anamın kitabı” tamaşasını izləyiblər.
Tamaşa görkəmli ədib Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanıb. İkihissəli tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.
“Anamın kitabı”nda Vətənə sədaqət, Ana dilinə məhəbbət, sevgi, ailəyə bağlılıq kimi milli-mənəvi dəyərlər aşılanır.

Tehsil-press.az




Oxşar xəbərlər