C.Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir

C.Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr  olunmuş tədbir Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyi və Şirvan Gəclər Evinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi ,böyük yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə 15 may 2019-cu il tarixdə saat 1100 da Gənclər Evində “Zəmanəsinin qəhrəmanı”adlı tədbir keçirilmişdir.Tədbiri muzeyin baş elmi işçisi Ləman Mikayılova açmışdır. O,tədbir iştirakçılarını salamladı və qeyd etdi ki,bu hadisə ilə əlaqədar ölkə prezidenti 17 yanvar 2019-cu il tarixdə xusüsi sərəncam da imzalamışdır. C.Məmmədquluzadənin həyat və yaradıcılığı,ictimai fəaliyyəti haqqında geniş məruzə ilə muzeyin əməkdaşı Xatirə Əliyeva çıxış etmişdir.Şəhər 1 nömrəli məktəb-liseyin şagirdləri C.Məmmədquluzadənin “Anamın kitabı” əsərindən hazırlanmış səhnəciklə çıxış etmişlər.Bundan başqa tədbirdə C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin əsasında çəkilmiş “Qəm pəncərəsi” (rejissoru Anar)filmindən fraqmentlər nümayiş etdirilmişdir.

Sabirabad Regional Mədəniyyət idarəsinin
mətbuat xidməti


C.Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr  olunmuş tədbir

Oxşar xəbərlər