Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Anarın “Keçən ilin son gecəsi” əsəri əsasında eyniadlı tamaşa hazırlayıblar.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, prodüseri Pərvin Nurəliyevadır. Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə ərsəyə gələn səhnə əsərində universitetin tələbələri rol alıblar. Tamaşanın premyerası dekabrın 27-də saat 14-də Gənc Tamaşaçılar Teatrında olacaq. Qeyd edək ki, Anarın ilk mətbu hekayəsi “Keçən ilin son gecəsi” əsəri əsasında yazmış olduğu pyesə birinci dəfə Gənc Tamaşaçılar Teatrında 1968-ci ildə rejissor Ulduz Əliyeva-Rəfili quruluş verib. Həmidə xala rolunu Firəngiz Şərifova canlandırıb.
Moskvanın Mərkəzi televiziyası həmin hekayəni səhnələşdirərək iki dəfə müxtəlif quruluşda birinci proqramda nümayiş etdirib. Birinci quruluşda (1967-ci il yanvarın 8-də efirə gedib, rejissor B.Talmazov) Həmidə xala rolunda SSRİ Xalq artisti Lyubov Dobrjanskaya, ikinci quruluşda (1968-ci il yanvarın 5-də efirə gedib, rejissor İvan Rıjov) həmin rolda RSFSR Xalq artisti Yelena Fadeyeva çıxış edib. Həmçinin əsərə Azərbaycan televiziyasında Ramiz Həsənoğlu quruluş verib. Həmidə xala rolunu Zərnigar Ağakişiyeva canlandırıb. “Azərbaycanfilm” kinostudiyasında isə Anarın ssenarisi əsasında "Ötən ilin son gecəsi" filmi çəkilib. Filmin quruluşçu rejissorları Gülbəniz Əzimzadə və Şahmar Ələkbərov olub, Həmidə xala rolunu isə Elmira Şabanova ifa edib.
Beləliklə, son dərəcə uğurlu səhnə və ekran həyatı yaşayan əsərə bu dəfə tələbələrin yazıçının 80 illik yubileyi münasibətilə müraciət etməsinin, həm də Ramiz Həsənoğlunun bu tamaşaya quruluş verməsinin xüsusi əhəmiyyəti var. Tamaşada əsərin dərin fəlsəfi mənası ilə yanaşı, həm də müasir dövrümüzlə səsləşəcək ideyalar irəli sürülüb.
Mətbuat Xidməti