Dövlət İdarəçilik Akademiyasının tələbəsi beynəlxalq “Femida” olimpiadasının qalibi olub

Dövlət İdarəçilik Akademiyasının tələbəsi beynəlxalq “Femida” olimpiadasının qalibi olub Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbəsi Leyla Ağayeva Rusiya Dövlət Ədliyyə Universitetinin xarici ölkə vətəndaşı olan bakalavrlara magistr səviyyəsində təhsil almaq üçün keçirdiyi beynəlxalq “Femida” olimpiadasında iştirak edib.
İyirmidən çox ölkəni təmsil edən 200-dən çox tələbənin qatıldığı olimpiadada Leyla Ağayeva I və II mərhələləri müvəffəqiyyətlə keçərək birinci yerə layiq görülüb. O, Rusiya Federasiyası Hökuməti tərəfindən müəyyən edilmiş xarici vətəndaşların təhsili üçün kvota çərçivəsində Rusiya dövləti tərəfindən maliyyələşdirilən magistr proqramında təhsil almaq hüququ qazanıb.
Qeyd edək ki, Dövlət İdarəçilik Akademiyası Siyasi idarəetmə fakültəsinin tələbəsi Leyla Ağayeva akademiyanın ictimai həyatında fəal iştirak edir, eyni zamanda o, hüquq kafedrasında da təcrübə keçib.

Tehsil-press.az


Oxşar xəbərlər