Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib

Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Turan Abbasov, Murad Alızadə, Etibar Qarayev və Günel Məmmədzadə 31 mart - 6 aprel tarixlərində Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil ediblər.
Azərbaycanda “Philip C. Jessup”ın ilk milli raundları məhz Akademiyanın komandasının yarışa qoşulması ilə mümkün olub.
Akademiyanın komandası 4 raundda xüsusi uğur əldə edərək, raund tam başa çatmadan bütün hakimlər tərəfindən qalib elan edilib. Azərbaycanın müsabiqədə təmsil olunduğu müddət ərzində ilk dəfə məhz Akademiya komandasının iki üzvü eyni raundda 80 baldan daha yüksək qiymətləndirilib. Komanda ümumilikdə 34 ölkə arasında 17-ci yerə layiq görülüb.
Bu müsabiqə Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (International Court of Justice) simulyasiyasıdır və hər il müsabiqədə 100-dən çox ölkədən 3000-dək tələbə iştirak edir.

DGKA-nın Mətbuat Xidməti


Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edibGömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib


Oxşar xəbərlər