UNEC-də Elm festivalı çərçivəsində dəyirmi masa: Kommunikasiya prosesində etika

UNEC-də Elm festivalı çərçivəsində dəyirmi masa: Kommunikasiya prosesində etika Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı tədbirlər planına uyğun olaraq Ümumi fənlərin tədrisinin təşkili departamentində “Kommunikasiya prosesində etika” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Azərbaycan dili kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov, dosentlər Gülbəniz İsmayılzadə, Vəfa Allahverdiyeva, Çinarə Qəhrəmanova, baş müəllim Mətanət Əmrahova mövzu ətrafında çıxış edərək etika və etiket anlayışı, eləcə də kommunikasiya prosesində etikanın rolu barədə fikir və mülahizələrini söyləyiblər.

Tehsil-press.az




Oxşar xəbərlər