
Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev tədbiri giriş sözü ilə açaraq akademik Məmmədağa Şirəliyevin Azərbaycan dilçilik elminin inkişafında göstərdiyi böyük xidmətlər barədə ətraflı məlumat verib.
Sonra Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımovun “Akademik Məmmədağa Şirəliyevin akademiya fəaliyyəti” mövzusunda, Türkologiya kafedrasının müdiri, dosent Şaban Hüseynovun “Azərbaycan dilçiliyinin inkişafında akademik Məmmədağa Şirəliyevin rolu” mövzusunda, Türkologiya kafedrasının baş müəllimi Namiq Qafarovun “Akademik Məmmədağa Şirəliyevin Azərbaycan dialektologiyasının tədqiqi sahəsində fəaliyyəti” mövzusunda, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi Sevinc Kərimovanın “Dilçi kadrların hazırlanmasında akademik Məmmədağa Şirəliyevin rolu” mövzusunda məruzələri dinlənilib.
Geniş və məzmunlu məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
BSU-nun Mətbuat katibi
