Sonra məruzə ətrafında müzakirələr aparılıb. Müzakirələrdə innovativ fəaliyyətin dəstəklənməsi və inkişafı sahəsində dövlət səviyyəsində görülən işlər, BDU-da həyata keçirilən tədbirlər, bu sahədə əldə edilən nailiyyətlər, problemlər və həlli vacib hesab edilən bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən professor-müəllim heyəti səsləndirilən fikirlərə münasibət bildiriblər.
Qeyd edək ki, Tədbirlər planında “Clarivate Analytics” şirkətinin Bakı nümayəndəliyi ilə birlikdə “Web of Science” bazasının SCI-Exp indeksi əsasında BDU-da araşdırma məqalələri üzrə “Ən məhsuldar müəllif”, “Ən çox istinad edilən müəllif”, “Ən yüksək h-indeksli müəllif” nominasiyaları üzrə qaliblərin müəyyən edilərək mükafatlandırılması, “Gənc istedadlar” liseyində BDU-nun 100 illik yubileyinə və “Elm günü”nə həsr olunmuş “Elm həftəsi”nin keçirilməsi, BDU alimlərinin 2018-ci il üzrə elmi nailiyyətlərini əks etdirən sərginin təşkili, AzTV-də BDU-nun 100 illik yubileyinə və “Elm günü”nə həsr olunmuş “Gənclərin elmi fəaliyyətə təşviqində nəsillərarası münasibətlərin rolu” mövzusunda verilişin təşkili də nəzərdə tutulub.
BDU-nun Mətbuat və informasiya şöbəsi, 28 fevral 2019-cu il
