Misirdə ilk qadın hakim məhkəmə prosesinə çıxıb

Misirdə ilk qadın hakim məhkəmə prosesinə çıxıb Misirin tarixində ilk qadın hakim məhkəmə prosesinə çıxıb. Ölkənin ədliyyə sistemi üçün bu əlamətdar hadisə Prezident Əbdülfəttah əs-Sisinin sərəncamı ilə zərif cinsin universitetlərin hüquq fakültələrinin məzunları olmuş 98 nümayəndəsinin məhkəmə hakimi vəzifəsinə təyin edilməsi ilə bağlıdır.
Misir tarixində ilk məhkəmə prosesinə çıxan qadın hakim Radva Hilmi olub. Qahirə məhkəməsində fəaliyyətə başlayan xanım Hilmi və Misirin Qadın Şurasının sədri Maya Mursi bildiriblər ki, müasir inkişaf mərhələsinə qədəm qoyan Misirdə qadınlara qayğı təqdirəlayiqdir. Bu əlamətdar hadisənin 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində baş verməsi ikiqat sevinc doğurur.
Qeyd edək ki, misirli qadınlar ədliyyə sistemi ilə yanaşı, hökumətdə və parlamentdə də geniş təmsil olunurlar. Qanunverici orqanda 569 deputatdan 168-i zərif cinsin nümayəndələridir.

Tehsil-press.az


Oxşar xəbərlər