Qadınlar üçün xüsusi taksilər fəaliyyətə başlayacaq
Omanda zərif cinsin nümayəndələrini daşınılması üçün qadın sürücülərin idarə etdiyi taksilər fəaliyyətə başlayacaq. Sultanlıqda qonşu BƏƏ-nin nümunəsindən istifadə olunacaq. Yanvarın sonunda verilən qərara əsasən, Omanda martın 1-dən qadınlara taksi və yük maşını sürmək icazəsi veriləcək. Sözügedən taksilər çəhrayı, mavi və ağ rənglərdə olacaq.