Nazir məhkəmə sədrinə töhmət verdi - Karantin rejimini pozub

Nazir məhkəmə sədrinə töhmət verdi - Karantin rejimini pozub Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Xüsusi karantin şəraitində videokonfrans formatında keçirilən iclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edib.
Bəzi hakimlər tərəfindən intizamsızlıq və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyi müəyyən edilib.
İclasda xüsusi karantin rejiminin, hakimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər