İstanbulun ixracat şirkətləri tarixi rekorda imza atıblar

İstanbulun ixracat şirkətləri tarixi rekorda imza atıblar İstanbulun ixracat şirkətləri bu ilin ilk iki ayı ərzində 14 milyard 985 milyon 333 min ABŞ dolları ilə yanvar-fevral ayları üzrə bütün dövrlərin ən yüksək gəlirini əldə ediblər. Bu rəqəm 2021-ci ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz yüksəkdir.
Şirkətlərin bu il əmin addımlarla irəlilədiklərinin qeyd edildiyi məlumatda xüsusilə İstanbulun sənaye sektorundakı firmalarının xarici satışlarının daha çox diqqət çəkdiyi vurğulanıb.
Meqapolisin ixracat firmaları bəhs edilən dövr ərzində ümumilikdə dünyanın 222 nöqtəsinə məhsullarını çatdırıblar ki, bu da Türkiyənin yanvar-fevral ayları üzrə ixracat rəqəmlərinin 39,9 faizini təşkil edib.
Ən yüksək xarici satış rəqəmlərini isə 2 milyard 379 milyon 823 min dollarla hazır geyim firmaları əldə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər