Vaksinasiya ilə bağlı bugünkü statistika

Vaksinasiya ilə bağlı bugünkü statistika Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 095 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1281, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1548, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 19 049 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1217 olub.
Vurulan vaksinlərin ümumi sayı 13 159 751, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 308 772, ikinci mərhələ üzrə 4 795 324 nəfər təşkil edir. Ümumilikdə 2 842 065 “buster” doza vurulub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 213 590 olub.

Tehsil-press.az


Oxşar xəbərlər