Efiopiyada mülki konvoya hücum nəticəsində azı 53 nəfər ölüb

Efiopiyada mülki konvoya hücum nəticəsində azı 53 nəfər ölüb Efiopiyanın qərbində naməlum silahlı qrupun etnik zorakılığın hökm sürdüyü bölgədə mülki konvoya və onun hərbi müşayiətçilərinə hücumu nəticəsində azı 53 nəfər həlak olub.
Efiopiya İnsan Haqları Komissiyası martın 2-də Benişanqul-Gumuz bölgəsindəki Metekeldə baş vermiş bu qırğın haqqında məlumatın 12 gün ərzində gizli saxlandığını və martın 14-də açıqlandığını bildirib. Mülki konvoya hücum zamanı əlavə olaraq 20 əsgər də həlak olub.
Komissiyanın nümayəndəsi jurnalistlərə bildirib ki, bu vəhşi qətliam barədə videokadrlar yayımlandıqdan sonra hökumət insidentin araşdırılmasına dair göstəriş verib. Hazırda Tiqray bölgəsində olan üsyançı dəstə isə bu cinayətə görə məsuliyyəti öz üzərinə götürməyib və qarşı tərəfi ittiham edib. Efiopiyanın təhlükəsizlik xidmətinin əməkdaşları isə hadisə yerində yaxalanmış şübhəlilərin məhz Tiqray qiyamçıları olduğunu bəyan ediblər.
Artıq 16 aydır ki, Efiopiyadakı bir neçə etnik qrupun yaşadığı Benişangul-Gumuz bölgəsində zorakılıqlar davam edir. Burada hökumət qoşunlarına qarşı vuruşan silahlı qrupların Tiqray üsyançıları ilə heç bir əlaqəsi yoxdur.

Tehsil-press.az



Oxşar xəbərlər