BDU beynəlxalq reytinq agentliyi ilə birgə ali təhsil müəssisələri üçün onlayn təlim təşkil edəcək

BDU beynəlxalq reytinq agentliyi ilə birgə ali təhsil müəssisələri üçün onlayn təlim təşkil edəcək Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə noyabrın 12-si saat 11:00-da “Round University Ranking” (RUR) beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri üçün onlayn təlim keçiriləcək.

Təlimin məqsədi Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq sistemlərində iştirak imkanlarını artırmaq, eləcə də bu sahədə müasir yanaşmalara, qiymətləndirmə metodologiyalarına və məlumat idarəetmə mexanizmlərinə dair məlumat verməkdir. Təlim zamanı RUR reytinqinin əsas göstəriciləri – tədris keyfiyyəti, elmi tədqiqat fəaliyyəti, beynəlmiləlləşmə və maliyyə dayanıqlığı kimi meyarlar üzrə universitetlərin performans qiymətləndirilməsinə dair geniş məlumat veriləcək.

Məlumat üçün bildirək ki, RUR-un əsas məqsədi dünya ali təhsil müəssisələrinin fəaliyyətini şəffaf, obyektiv və çoxölçülü meyarlar əsasında qiymətləndirməkdir.

RUR reytinqi 80-dən çox ölkədən minlərlə universiteti əhatə edir və universitetlərin fəaliyyətini tədris, tədqiqat, beynəlmiləlləşmə və maliyyə sabitliyi istiqamətləri üzrə 20 göstərici əsasında qiymətləndirir.

Onlayn təlimə qeydiyyatdan keçmək üçün keçid:

Təlimdə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçdikdən sonra onlayn görüş üçün keçid (link) əldə edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər