ADNSU ilə Türkiyənin Batman Universiteti arasında memorandum imzalanıb

ADNSU ilə Türkiyənin Batman Universiteti arasında memorandum imzalanıb Türkiyənin Batman Universitetinin rektoru professor İdris Demir və nümayəndə heyəti, qardaş ölkənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
Görüşdə ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetin beynəlxalq əməkdaşlıq əlaqələri və qoşulduğu layihələr haqqında məlumat verib. Rektor layihələrin ən uğurlusu olan UFAZ təcrübəsindən, ikili diplomla bağlı tədris olunan mövzuların uyğunluğundan danışıb.
Professor İdris Demir Batman Universitetində fəaliyyət göstərən mərkəzlər, tədris olunan ixtisaslar barədə məlumat verib.
Səfir Cahit Bağcı Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətindən bəhs edib. Səfir iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın yüksək perspektivli nəticələr verəcəyinə əminliyini vurğulayıb.
Sonra iki ali məktəb arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər