Dövlət Neft və Sənaye Universiteti ilə Karabük Universiteti arasında ikili proqramların tətbiqi müzakirə edilib

Dövlət Neft və Sənaye Universiteti ilə Karabük Universiteti arasında ikili proqramların tətbiqi müzakirə edilib Türkiyənin Karabük universitetinin rektoru professor Refik Polatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Əvvəlcə Karabük Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyaları, auditoriyaları, maddi-texniki bazası, sonra isə ADNSU-nun Lazer Mərkəzi, Mineralogiya muzeyi, müasir laboratoriyaları ilə tanış olub.
Universitetlə tanışlıqdan sonra ADNSU-nun rektoru professor Mustafa Babanlı nümayəndə heyəti ilə görüşüb. Görüşdə professor M.Babanlı ADNSU-da tədris, müasir laboratoriyalar, eləcə də birgə layihələr və ikili proqramlar haqqında ətraflı məlumat verib.
Rektorlar ikili proqramların tətbiqi, laboratoriyalardan birgə istifadə, müəyyən ixtisaslar üzrə tələbə mübadiləsi məsələlərini müzakirə edib və universitetlərin inkişafı üçün əməkdaşlığın, ikili proqramların əhəmiyyətindən danışıblar.

Tehsil-press.az



Oxşar xəbərlər