ADNSU ilə Çinin Lanjou İncəsənət və Elm Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ADNSU ilə Çinin Lanjou İncəsənət və Elm Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Çinin Lanjou İncəsənət və Elm Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
İmzalanma mərasimində bu ali məktəbin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi universitetin tarixi, tədris prosesi, ixtisasları, beynəlxalq əlaqələri və s. haqqında ətraflı məlumat verib. Bildirilib ki, 2000-ci ildən indiyədək ADNSU-nun 595 çinli məzunu olub. Hazırda isə 47 Çin vətəndaşı universitetdə təhsilini davam etdirir.
Rektor tələbə-müəllim mübadiləsi və digər sahələrdə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Çinin Lanjou İncəsənət və Elm Universitetinin Partiya Komitəsinin katibi Yan Xiaohui təmsil etdiyi ali məktəbin fəaliyyətindən bəhs edib. Qonaq ali təhsil müəssisələri arasında bağlanan müqavilənin hər iki tərəfə böyük fayda verəcəyinə əminliyini ifadə edib.
Sonra Lanjou İncəsənət və Elm Universitetinin nümayəndə heyəti ADNSU-da təhsil alan çinli tələbələrlə görüşüb.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər