Azərbaycan Texniki Universitetinin Elmi şurasının növbəti iclası

Azərbaycan Texniki Universitetinin Elmi şurasının növbəti iclası Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə uyğun olaraq əvvəlcə Tədris şöbəsinin müdiri Ərəstun Məmmədov 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri barədə məlumat verib. Daha sonra iclas iştirakçıları imtahan sessiyasının nəticələrini təhlil edib, təkliflər səsləndiriblər. Ümumilikdə qış imtahan sessiyasının təşkili və nəticələri qənaətbəxş hesab olunub.
İclasda, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər dinlənilib. Bundan başqa, dərsliklərlə bağlı mövcud problemlər və həlli yolları ilə bağlı da müzakirələr aparılıb.
İclas cari məsələlərin müzakirəsi ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər