BDU Elmi şurasının növbəti iclası

BDU Elmi şurasının növbəti iclası Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.
İclasda universitetin rektoru Elçin Babayev 2020-2021-ci tədris ilinin payız imtahan sessiyasının nəticələri, eyni zamanda, Apelyasiya Komissiyasının və Tələbə Nəzarət Qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonra Kitabxanaçılıq-informasiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin illik hesabatları dinlənilib.
İclasda növbəti tədris semestrində qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə “elektron universitet” modelinin tətbiqi, ikili və üçlü diplom proqramları, maddi-texniki bazanın təkmilləşdirilməsi və s. müzakirə olunub.
Elmi şuranın üzvləri, akademiklər Vasif Babazadə və Fikrət Əliyev, professorlar Aydın Kazımzadə, İzzət Rüstəmov, Sevinc Hacıyeva, Cahangir Məmmədli, Tapdıq Həsənov, Əmir Əliyev müzakirə olunan məsələlər barədə fikirlərini bildirib, təkliflər verilib.

Tehsil-press.az


Oxşar xəbərlər