Bakı Ali Neft Məktəbində tələbələr üçün ustad dərsi keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) müəllimi, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Modelləşmə və hasilatın proqnozu şöbəsinin rəisi, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin vitse-prezidenti Elvin Əhmədov “Yüksəlişə aparan yol” adlı ustad dərsi keçib.
Ustad dərsi BANM-in Neft-qaz mühəndisliyi kafedrasının təşəbbüsü ilə təşkil olunub.
Utad dərsində ali məktəbin Neft-qaz mühəndisliyi ixtisasının tələbələri iştirak ediblər.
Elvin Əhmədov uğur qazanmaq üçün şəxsi təcrübəsini bölüşüb, mütəxəssis olmağın sirlərindən danışıb, tələbələrə tövsiyələrini verib.
Tehsil-press.az
- Baxış: 3042
Xəbərin tarixi: 25.02.2022 / 13:00
-
Oxşar xəbərlər