Neft və Sənaye Universitetində “SABAH” qruplarına qəbulla bağlı görüş

Neft və Sənaye Universitetində “SABAH” qruplarına qəbulla bağlı görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ili üçün “SABAH” qruplarına qəbulla bağlı birinci kurs tələbələri ilə görüş olub.
Əvvəlcə “SABAH” qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.
Görüşdə Təhsil Nazirliyinin “SABAH” qruplarının İcra Komitəsi rəhbərinin Tədris işləri üzrə müavini Eldar Qocayev tələbələrə seçim, qəbul prosedura və s. barədə danışıb. O, “SABAH” qruplarında təhsil alan tələbələr üçün ixtisasla yanaşı, xarici dil biliklərinin də prioritet olduğunu deyib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
“SABAH” ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

Tehsil-press.az


Oxşar xəbərlər