Vyetnamda 76 il əvvəl atılmış bomba zərərsizləşdirilib

Vyetnamda 76 il əvvəl atılmış bomba zərərsizləşdirilib Ötən əsrin ortalarında Hindçin müharibəsi zamanı atılaraq partlamayan və çəkisi 300 kiloqram olan bomba Vyetnamın şimalında zərərsizləşdirilib.
Mərmi Vyetnamın şimalındakı Son La əyalətindəki körpünün təmiri zamanı aşkar olunub.
Mütəxəssislər mərminin 1946-1954-cü illərdə davam edən müharibə zamanı Fransa təyyarələri tərəfindən atılan hava bombası olduğunu müəyyən ediblər. Hadisə yerinə gələn Vyetnam Xalq Ordusunun istehkamçı hissəsinin hərbi qulluqçuları mərmini tikinti sahəsindən çıxararaq zərərsizləşdiriblər.
Qeyd edək ki, Vyetnam ərazisinin təxminən 20 faizində partlamamış hərbi sursatlar hələ də qalmaqdadır və onları tam təmizləmək üçün azı üç əsr vaxt lazımdır.

Tehsil-press.az


Oxşar xəbərlər