Bu ilin yanvar ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.Beləliklə də Azərbaycanda kommunal xidmətlərin qiymətləri artırılmışdı. Son qiymət artımlarını nəzərə alsaq 2025-ci ildə suyun, işığın və digər kommunal xidmətlərin qiymətlərində hansı dəyişikliklər ola bilər? Ümumilikdə kommunal xidmətlərin qiymətlərin artırılması ehtimalı varmı?
Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli açıqlamasında bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışa çıxarılan mənzillərin bir hissəsinin uzun müddət satılmaması bir neçə iqtisadi və sosial amillə bağlı ola bilər. Bu mənzillər tam təmirli və çıxarışlı olsa da, onların qiymətləri bazar səviyyəsinə yaxın müəyyənləşdirilib.
Ekspert onu da vurğulayıb ki, hazırkı iqtisadi şəraitdə xüsusilə orta təbəqənin alıcılıq gücünün azalması, ipoteka faizlərinin yüksəkliyi və ilk ödəniş tələbinin ağır olması səbəbindən potensial alıcılar bu mənzilləri almaqda çətinlik çəkirlər. Dövlət vəsaitləri ilə tikilmiş olsa da, bu mənzillər sosial mənzil statusunda deyil, satış məqsədli olduğu üçün subsidiyalar tətbiq edilmir. Mənzilləri ipoteka ilə almaq mümkündür, amma əksər hallarda illkin ödəniş 20–30% təşkil edir, faiz dərəcələri 7–9% arasıda, müddət 20 il olsa da, aylıq ödənişlər orta gəlirli vətəndaş üçün yüksəkdir.
Ekspert bildirib ki, xüsusilə dövlət ipotekası limitləri mənzilin real qiymətinə uyğun gəlmədiyi üçün alıcılar uyğun maliyyə mexanizmi tapa bilmirlər. Satılmayan mənzillərin bir çoxu Ramana, Ümid qəsəbəsi, həmçinin Abşeronun kənar hissələri və Samux kimi rayonlarda yerləşir. Bu ərazilər şəhər mərkəzindən uzaq, iş yerlərinə və sosial infrastruktura (məktəb, poliklinika, nəqliyyat) məsafəli olduğundan alıcılar üçün cəlbedici deyil. İnsanlar daha çox mərkəzi, inkişaf etmiş ərazilərdə yaşamağa üstünlük verirlər, bu da satışa təsir edir. Satış tamamilə onlayn platforma (ms.sosial.gov.az) üzərindən aparılır. Bəzi vətəndaşlar üçün ASAN Login, SİMA imza, Token və digər elektron autentifikasiya vasitələrindən istifadə çətindir.
Həmsöhbətimiz onu da deyib ki, əsasən yaşlı və bölgələrdə yaşayan alıcılar üçün bu proses texniki cəhətdən mürəkkəb görünür. Çoxları hələ də bu mənzillərin satışda olduğunu bilmir və ya onları kimlərin ala biləcəyini (yalnız şəhid ailələri, yoxsa ümumi vətəndaşlar da?) dəqiq anlamır. Nazirlik satışla bağlı məlumat versə də, reklam və məlumatlandırma kampaniyası geniş miqyasda aparılmır. Bəzi vətəndaşlar dövlət orqanları tərəfindən satılan mənzillərin bürokratik prosedurlarından, “çıxarışın sonradan verilməsi”, “tikinti keyfiyyəti” kimi məsələlərdən ehtiyat edir. Halbuki bu mənzillər tam çıxarışlı olsa da, əvvəlki illərdə mənzil paylanmasında yaşanmış gecikmələr etimadı bir qədər azaldıb.
"Yəni satışın zəif getməsi iqtisadi imkanlarla, ipoteka mexanizminin sərtliyi, ərazi amili və rəqəmsal mürəkkəbliklə bağlıdır. Nazirlik bu prosesi daha səmərəli etmək üçün daha aşağı faizli ipoteka şərtləri, ərazi üzrə güzəşt proqramları, rəqəmsal dəstək xidmətləri (məsələn, ASAN mərkəzlərdə fiziki qeydiyyat köməyi) kimi addımlar ata bilər", - deyə ekspert əlavə edib.
Tehsil-press.az













