BDU alimləri Baş Prokurorluqda yetkinlik yaşına çatmayanlarla psixoloji davranış qaydalarına dair təlim keçiblər

BDU alimləri Baş Prokurorluqda yetkinlik yaşına çatmayanlarla psixoloji davranış qaydalarına dair təlim keçiblər Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cinayət təqibindən kənar icraatlar üzrə fəaliyyət göstərən prokurorluq işçiləri üçün “Yetkinlik yaşına çatmayanlarla psixoloji davranış qaydaları” mövzusunda təlim keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının peşəkar alimləri və müəllimləri tərəfindən dinləyici qismində iştirak edən 101 nəfər prokurorluq əməliyyat işçisinə yetkinlik yaşına çatmayanlarda deviant davranışa səbəb olan risk faktorları və onlarla psixoloji işin prinsipləri, yetkinlik yaşına çatmayan qanunpozanların motivlər sistemi və düzgün ifadə vermək qabiliyyətinin psixoloji tərəflərinin nəzəri və praktiki istiqamətləri barədə geniş məlumat verilib.

Təlimin gedişində yetkinlik yaşına çatmayan uşaqların hüquqları və onların beynəlxalq müdafiəsi, həmçinin uşaq və yeniyetmələrdə rast gəlinən davranış pozuntuları, psixoloji əlaqənin qurulması barədə dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər