Cəbhəboyu rayonlarda 137 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Cəbhəboyu rayonlarda 137 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 07-16 aprel 2016-cı il tarixlərində cəbhəboyu rayonlarda 136 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.

Bu barədə ANAMA-dan Tehsil-press.az-a daxil olan hesabatda deyilir.
17 aprel 2016-cı il tarixində Agentlik tərəfindən Tərtər, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat aşağıdakı kimidir:

Tərtər rayonu
Qaradağlı kəndi - 3 ev və həyətyanı sahələrdə 6 partlayış yerinə baxış keçirilmiş, 6 partlamış sursat aşkar edilmiş və 9 900 kv.m. ərazi yoxlanılıb.
Qapanlı kəndi - 3 ev və həyətyanı sahələrdə 4 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd partlamış və 1 ədəd partlamamış 85 mm -lik partlamamış top mərmisi aşkarlanaraq götürülmüşdür. 7200 kv.m ərazi yoxlanılıb.
Cəmi: 6 ev və həyətyanı sahə, 10 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat, 17 100 kv.m. ərazi yoxlanılıb.

Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 4 ev və həyətyanı sahələrdə 4 partlayış yerinə baxış keçirilmiş, 4 partlamış sursat aşkar edilmiş və nəticə etibarlı ilə 450 kv.m ərazi yoxlanılıb. Cəmi: 4 ev və həyətyanı sahə, 4 partlayış yeri, 450 kv.m. ərazi yoxlanılıb.

Füzuli rayonu
Horadiz şəhəri - 8 otlaq sahəsində 8 partlayış yerinə baxış keçirilmiş, 8 partlamış sursat aşkar edilmiş və 930 kv.m ərazi yoxlanılıb. Cəmi: 8 partlayış yeri, 8 otlaq sahəsi və 930 kv.m. ərazi yoxlanılıb. 17 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 10 ev, 8 otlaq sahəsi, 22 partlayış yeri, 18 400 kv.m. ərazi yoxlanılmış və 1 partlamamış hərbi sursat aşkar edilərək götürülüb.
Ümumilikdə, Agentlik tərəfindən 07-17 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 270 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış kecirilmiş, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

tehsil-press.az

Oxşar xəbərlər