Son dəyişiklikdən sonra maaşlar, DSMF, vergilər necə olacaq

Son dəyişiklikdən sonra maaşlar, DSMF, vergilər necə olacaq “Növbəti 3 il ərzində ard-arda vergilər kəskin şəkildə artacaq”.

Bunu iqtisadçı Natiq Cəfərli gəlir vergiləri ilə bağlı təklif olunan dəyişikiklərə münasibətdə deyib.

Onun sözlərinə görə, ölkənin gəlirləri azaldığı üçün vətəndaşların vergi yükü artır:

“1) 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq;

2) 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq;

3) 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq.

Hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.

Yəni, 2500 manata qədər maaş alanların vergisi yaxın illərdə 3%-dən 7%-ə qalxacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər