UNEC-də “Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı” mövzusunda konfrans keçiriləcək

UNEC-də “Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı” mövzusunda konfrans keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
Konfransda “Azərbaycanın milli inkişaf modeli”, “Maliyyə, bank, mühasibat və audit sisteminin inkişaf modeli”, “Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı”, “Azərbaycanda intellektual və yaradıcılıq potensialının inkişafı”, “Qarabağda yeni iqtisadiyyat quruculuğu: imkanlar və perspektivlər” mövzularında bölmə iclasları, həmçinin ümummilli lider Heydər Əliyevə həsr olunmuş monoqrafiyanın təqdimatı keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər