Mərkəzi Afrika Respublikası “bitcoin”i rəsmi valyuta kimi qəbul edir

Mərkəzi Afrika Respublikası “bitcoin”i rəsmi valyuta kimi qəbul edir Mərkəzi Afrika Respublikası (MAR) rəsmi olaraq dünyada “bitkoin”i qanuni ödəniş vasitəsi kimi qəbul edən ikinci ölkə olub.
Milli Assambleya ölkədə kriptovalyutaları tənzimləyən qanuna yekdilliklə səs verib və ölkə Prezidenti Faustin Arkanj Tuadera onu qəbul edib.
MAR Afrikada bitkoini əsas valyuta kimi qəbul edən ilk ölkədir.
Ötən il sentyabrın 7-də Salvador dünyada “bitcoin”i qanuni ödəniş vasitəsi kimi qəbul edən ilk ölkə oldu və Beynəlxalq Valyuta Fondu (BVF) dərhal bu qərarın maliyyə sabitliyi, maliyyə bütövlüyü və istehlakçıların müdafiəsi üçün təhlükələri barədə xəbərdarlıq etdi.
Prezident Faustin Arkanj Tuaderin sözlərinə görə, bu qərar Mərkəzi Afrika Respublikasını dünyanın ən cəsarətli və uzaqgörən ölkələri sırasına qoyur.
Zəngin qızıl və almaz ehtiyatlarına baxmayaraq, Mərkəzi Afrika Respublikası dünyanın ən kasıb və ən az inkişaf etmiş ölkələrindən biridir və təxminən doqquz ildir ki, üsyançıların zorakılığı altındadır.

Tehsil-press.az


Oxşar xəbərlər