
Düşərgədə ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, riyaziyyat və əlaqəli ixtisaslarda bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alan gənclər iştirak ediblər.
Riyaziyyat düşərgəsinin keçirilməsində məqsəd tələbələrin riyazi bilikləri gücləndirmək, kriptoqrafiya ilə bağlı biliklərini təkmilləşdirmək olub. Hakaton müsabiqəsi isə informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarını artırmaq, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsi məqsədilə təşkil edilib.
Düşərgə çərçivəsində tələbələrə qeyd olunan istiqamətlərdə təcrübəli təlimçilər, müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər, müsabiqələr keçirilib. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin müxtəlif idman və bilik yarışları təşkil olunub.
Sonda tədbiri uğurla başa vuran iştirakçılara sertifikat təqdim edilib.
Tehsil-press.az